Milli Məclisin üzvləri Almaniyada Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin üzvləri Almaniyada Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər
# 23 fevral 2016 16:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Almaniyaya səfər edəcəklər.

Parlamentdən APA-ya verilən məlumata görə, F. Muradov fevralın 25-də Almaniya Bundestaqında “Azərbaycan və Almaniya-Avropa üçün əməkdaşlıq” adlı 4-cü simpoziumda iştirak edəcək.

Sonra F. Muradov və R. Rzayev Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Berlin, Bielefeld və Köln şəhərlərində təşkil olunacaq konfrans və anma mərasimlərinə qatılacaqlar. Azərbaycan və türk diaspor təşkilatlarının hazırladığı silsilə tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş materiallar nümayiş etdiriləcək, faciənin əsl mahiyyəti tarixi faktlarla şərh olunacaq, Xocalı həqiqətləri bir daha Avropa ictimaiyyətinə çatdırılacaq.

Milli Məclisin nümayəndələri çıxışlarında ədalətin bərpası baxımından Xocalı soyqırımının tanınması və qəbul edilməsi zərurətini vurğulayacaqlar.

Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün F. Muradov fevralın 29-dan martın 1-dək Moskvada səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR