Moskva. Fərid Əkbərov - APA. Vahid Ələkbərov yenidən "Lukoil" şirkətinin prezidenti vəzifəsinə seçilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Lukoil"in səhmdarları illik toplantıda V. Ələkbərovun növbəti 5 il üçün şirkətin prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul ediblər.
Qeyd edək ki, V. Ələkbərov 1950-ci ildə Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1993-cü ildən "Lukoil"a rəhbərlik edir. O, şirkətin səhmlərinin 22,96%-ə sahibdir.