Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi çap olunub

Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi çap olunub
# 21 dekabr 2015 09:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Macarıstandakı səfirliyi işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı həqiqətlərin, erməni separatçılarının xalqımıza qarşı törətdikləri cinayətləri macar ictimaiyyətinə və ölkədə fəaliyyət göstərən beynəlxalq qurumlara çatdırmaq üçün müxtəlif forma və üsullardan istifadə edir.

Səfirlikdən APA-ya verilən məlumata görə, bu sahədə daha əyani təsəvvür və təəssürat yaratmaq üçün çap siyasətinə daha böyük üstünlük verilir: “Yeni il ərəfəsində səfirliyin təşəbbüsü ilə hazırlanıb çap olunan 2016-cı il üçün “Şuşa” tematik təqvimi də həmin məqsədə xidmət edir. Təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonra dövrünü əks etdirən foto-şəkillərdən istifadə olunub. Haqlı olaraq “Qafqazın konservatoriyası” adını qazanan abad və gözəl, tarix və ənənələr baxımından zəngin Şuşa şəhəri ilə erməni vandallarının xarabazarlığa çevirdikləri qorxunc daş qalaqlarından ibarət müasir Şuşanın müqayisəsi xalqımıza və bütünlükdə tarixə, mədəniyyətə, insanlığa qarşı işlənmiş cinayətin miqyası və amansızlığı haqqında aydın təsəvvür yaradır”.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumat da daxil edib.

“Şuşa” təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb. Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR