Lənkəranda gənclərin ordu sıralarına yola salınma mərasimi keçirilib

Lənkəranda gənclərin ordu sıralarına yola salınma mərasimi keçirilib
# 11 aprel 2016 16:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 11-də Lənkəranda çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev Xatirə Parkında baş tutan tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət diləyib. Hərbi xidmətə yola düşən gənclərin Vətən borcunu layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edən T. Qaraşov gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, aprelin əvvəllərində düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulayıb.

Sonra icra başçısı ordu sıralarından yenicə tərxis olunanların bir qrupuna hərbi biletlər təqdim edib.

Digər çıxışlarda səslənən fikirlərdə Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğu qeyd olunub.

Sonra məktəblilərin, tələbələrin və incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda şeirlər səslənib, mahnılar ifa edilib.

Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb onun altından keçərək ordu sıralarına yola düşüblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR