Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefonlar keçirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefonlar keçirilməsinin qarşısını alıb
# 22 yanvar 2016 09:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidməti əməkdaşları üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülərək ona məxsus çantaya və üzərinə baxış keçirilib.

Yoxlamadan əvvəl sorğu-sual zamanı K. Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib. Çantadakı şəxsi əşyaların arasından 8 ədəd “ASUS Zenfone GO” və 1 ədəd “İphone 6S” markalı mobil telefon aşkar olunub.

K. Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd “Samsung Galaxy Grand Prime” və daha 1 ədəd “ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR