Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın söndürülüb - YENİLƏNİB

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 05 yanvar 2016 13:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov –APA. Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Saat: 16.00

Bakı. Hafiz Heydərov – APA. Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasındakı mənzillərdən birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR