BMT-nin Əsassız həbslər üzrə İşçi Qrupu Azərbaycana səfər edəcək

BMT-nin Əsassız həbslər üzrə İşçi Qrupu Azərbaycana səfər edəcək
# 13 may 2016 11:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanda azadlıqdan məhrumetmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün 16-25 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Əsassız həbslər üzrə İşçi Qrupu ölkəyə ilk rəsmi səfərini edəcək.

BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 10 gün davam edəcək səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - İşçi Qrupun sədri Setondci Rolan Adcovi ilə sədr müavini Xose Gevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlərlə görüşlər keçirəcəklər.

Ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla, azadlıqdan məhrum olunmuş şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair birinci əldən məlumat toplayacaqlar.

Qrup öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR