Qazaxda 33 yaşlı kişinin meyiti tapılıb

Qazaxda 33 yaşlı kişinin meyiti tapılıb
# 28 iyun 2016 13:44 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda 33 yaşlı kişinin meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax-Kosalar kənd yolunun kənarındakı köhnə tikilinin zirzəmisində meyiti tapılan şəxsin Kosalar kənd sakini, 1983-cü il təvəllüdlü Hüseynov İmamverdi Hüseyn oğlu olduğu müəyyənləşib. Müayinə zamanı onun bədənində zorakılıq əlamətləri olmasa da, zaman burnunda qan izləri aşkarlanıb. Məlumata görə İ. Hüseynovun iki azyaşlı övladı var.


Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR