ABŞ dövlət katibinin köməkçisi Moskvaya səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Moskvaya səfər edəcək
# 03 oktyabr 2016 23:26 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Moskvaya səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verib.

Dövlət Departamentinin rəsmisi səfər çərçivəsində Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi yollarını müzakirə edəcək.

Qeyd olunur ki, bundan əvvəl oktyabrın 4-də V.Nuland Brüsseldə işgüzar səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR