“CDB Bank” Azərbaycan xalqını təbrik edir

 “CDB Bank” Azərbaycan xalqını təbrik edir
# 30 dekabr 2015 09:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Caspian Development Bank (CDB)” ASC Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edir, hər bir vətəndaşımıza şəxsi həyatında və işlərində böyük uğurlar, xoşbəxtlik arzulayır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “CDB Bank” bu brend adı altında ilk yeni ilini qeyd edir.

“Geridə qoyduğumuz bu 1 il ərzində bankımız müxtəlif uğurlara imza atıb. Bu qısa müddət ərzində “CDB Bank” 18 yerli 4 xarici bankla müxbir münasibətlər yaradıb ki, bunun da nəticəsində bankımızın müştəriləri üçün geniş bankçılıq xidmətləri təqdim edilir və xarici valyutalar üzrə xidmətlər daha operativ şəkildə həyata keçirilir. “CDB Bank”da bu gün müştərilərə 20-yə yaxın bank xidmətləri təqdim olunur ki, bu

da yeni bank üçün kifayət qədər uğurlu göstəricidir. 2015-ci il “CDB Bank”ın sosial layihələr çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə də əməkdaşlığı olduqca uğurlu olub. Ən əsası odur ki, yola saldığımız mürəkkəb iqtisadi il ərzində bankımız öz imicini və müştəri məmnuniyyətini qoruyub saxlaya bilib ki, bu da bizim ən vacib uğurumuzdur”, - deyə bankdan bildirilib.

“CDB Bank” bir daha qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə hər bir Azərbaycan vətəndaşını təbrik edir 2016-cı ilin düşərli olmasını diləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR