AMEA Fiziki İnstitutunda yoxlama aparılıb

AMEA Fiziki İnstitutunda yoxlama aparılıb
# 12 aprel 2016 10:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, kollegiya iclasında 2016-cı ilin iş planına uyğun olaraq həyata keçirilmiş dövlət büdcəsinin yerli xərclərindən Lənkəran şəhər Təhsil Şöbəsinə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına və Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramlarını da təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR