Tiflisdəki “Cümə” məscidindən oğurluq edilib

Tiflisdəki “Cümə” məscidindən oğurluq edilib
# 03 dekabr 2015 12:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdəki “Cümə” məscidində oğurluq hadisəsi olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovun onun sözlərinə görə, məsciddən təxminən 150 lari dəyərində olan köhnə kompüter oğurlanıb: "Oğurluq edən məscidə bələd olan şəxsdir. Pəncərə qırılıb və oğru məscidə daxil olaraq kompüteri aparıb. Nəzir qutuları dünən açıldığına görə qutuları açmayıblar."

GMİ-nin Şeyxi bildirib ki, oğurluqla bağlı cinayət işi qaldırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerində polis işləyir və Gürcüstan Cinayət Məcəlləsinin 177 (oğurluq) maddəsi üzrə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR