“Bakcell” jurnalistlər üçün növbəti seminar keçirib

“Bakcell” jurnalistlər üçün növbəti seminar keçirib
# 23 dekabr 2015 09:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti dekabrın 18-20-də jurnalistlər üçün növbəti seminar təşkil edib.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu dəfə jurnalistlərdən ibarət qrup Qalaaltı kurort kompleksində toplaşıb. Bu seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılması, eyni zamanda mobil telekommunikasiyanın bu günü və gələcəyi, əşyaların interneti kimi trend mövzular, loyallıq proqramlarının effektivliyi, müştərilərin mobil operatorlardan gözləntiləri və digər maraqlı mövzular barəsində məlumatları paylaşmaq idi.

Seminar zamanı iştirakçılar “Bakcell” şirkətinin şəbəkə üstünlüyü və müştəri məmnuniyyəti sahəsindəki nailiyyətləri, eyni zamanda şirkətin telekommunikasiya sahəsində ölkədə lider mövqeyə sahib olmasına təsir edən digər mühüm aspektlər barədə məlumatlandırıblar.

Şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu abunəçilərin mobil operatordan nə gözlədikləri və şirkətin müştərilərin artan gözləntilərini qarşılaması üçün hansı tədbirlər görməsinin vacib olduğu barədə söhbət açıb. “Bakcell”in Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayının son bir il ərzində 61% azalması faktını nəzərə alaraq, S. Bostancıoğlunun qeyd olunan dəyişikliyə təsirini izah edən təqdimatı böyük maraqla qarşılanıb.

Yeni texnologiyalar və keyfiyyətin təmin edilməsi departamentinin rəhbəri Roman İqnatenko “Bakcell” şirkətinin ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malik olması və abunəçilərin operatorun getdikcə daha üstün rabitə xidmətlərindən yararlana biləcəkləri barədə məlumat verib.

Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov öz növbəsində telekommunikasiya sahəsində trendlər barədə və eyni zamanda getdikcə daha da populyarlaşan M2M texnologiyaları barədə söhbət açıb.

Əlavə dəyər xidmətləri, elektron xidmətlər və applikasiyalar yarımbölməsinin rəhbəri Elçin Quliyev getdikcə daha çox tələbat duyulan mobil video məzmun barədə, eyni zamanda müştəri məmnuniyyətinin ən üstün səviyyəyə çatdırılması və abunəçilərin ən etibarlı şəbəkədən tam şəkildə faydalanması üçün “Bakcell” şirkətinin gördüyü işlər barədə məlumat verib.

Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov bir müddət öncə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülən “Ulduzum” proqramı nümunəsində sadiqlik proqramlarının rolu barədə məlumatı iştirakçılarla paylaşıb.

“Telekommunikasiya sahəsi çox böyük sürətlə inkişaf edir. Biz az qala hər gün bu sahədə baş verən yeniliklər haqqında eşidirik. Artıq ikinci ildir ki, “Mobil telekommunikasiyaya giriş” adlı xüsusi təlim proqramı vasitəsilə bu sahədə yazan jurnalistlər üçün seminarlar təşkil edirik. Burada haqqında danışdığımız hər bir mövzu mətbuatda telekommunikasiya ilə bağlı yazılanların təhlili, eyni zamanda “Bakcell” komandası ilə jurnalistlərin müzakirələri zamanı meydana çıxır. Biz, şirkət olaraq telekommunikasiya haqqında yazan jurnalistlərin daha çox məlumatlı olmasını istəyirik. Seminarlardan sonrakı qiymətləndirmə göstərir ki, bu sahədə trend olan mövzular auditoriya tərəfindən çox yaxşı mənimsənilir”, - deyə “Bakcell” şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR