Şəmkir sakini dəm qazından zəhərlənib

Şəmkir sakini dəm qazından zəhərlənib
# 03 yanvar 2016 07:17 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1940-cı il təvəllüdlü Akif Məmmədov dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə A. Məmmədov yaşadığı evin yataq otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR