Kabildə baş verən silahlı hücum nəticəsində 12 nəfər ölüb, 44 nəfər yaralanıb - YENİLƏNİB-1

Kabildə baş verən silahlı hücum nəticəsində 12 nəfər ölüb, 44 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 25 avqust 2016 05:21 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların Amerika universitetinə hücumu nəticəsində azı 12 nəfər ölüb, 44-ü yaralanıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Kabil polisinin rəsmi nümayəndəsi Əbdülrəhman Rəhimi bildirib.

Bundan əvvəl Kabildə Amerika universitetinə hücum edən iki silahlının məhv edildiyi bildirilirdi.

***

06:21

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələri Amerika universitetinə hücum edən iki silahlını məhv edib.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bunu Kabil polisinin nümayəndəsi bəyan edib.

On saatdan çox davam edən əməliyyatın təfərrüatları barədə məlumat verilmir. Əfqanıstan Səhiyyə nazirliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Digər məlumatlara əsasən – 2 nəfər ölüb, 20 nəfər yaralanıb, bir neçə yaralının vəziyyəti kritikdir.

Ötən axşam Kabildə naməlum silahlılar Amerika universitetinə hücum edib. Əvvəl universitetin qarşısında minalanmış avtomobil partladılıb, bundan dərhal sonra isə silahlılar atəş açaraq tədris ocağının binasına soxulublar. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

***

05:01

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələri terrorçuların hücum etdiyi Amerika universitetindən 20 tələbəni xilas edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, xilas edilənlərin əksəriyyəti qadınlardır.

Məlumata görə, ən azı bir terrorçu hərbçilərə silahlı müqavimət göstərməkdə davam edir.

Ötən axşam Kabildə naməlum silahlılar Amerika universitetinə hücum edib. Əvvəl universitetin qarşısında minalanmış avtomobil partladılıb, bundan dərhal sonra isə silahlılar atəş açaraq tədris ocağının binasına soxulublar.

İlkin məlumata görə, insident nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR