Qeyri-sabit hava sabah gündüzədək davam edəcək

Qeyri-sabit hava sabah gündüzədək davam edəcək
# 24 sentyabr 2016 08:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ölkə ərazisində hazırda qeyri-sabit hava şəraiti sentyabrın 25-i gündüzədək davam edəcək”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, sentyabrın 24-də günün ikinci yarısından başlayaraq bu gün səhərə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit olub: “Şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR