"Bank of Baku" bayram günlərinə dair iş rejimini açıqlayıb

"Bank of Baku" bayram günlərinə dair iş rejimini açıqlayıb
# 18 mart 2016 09:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bayram günlərində "Bank of Baku"nun Bakıda və regionlarda fəaliyyət göstərən filialları və partnyor mağazaları ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və “MilliÖn”, “eManat” ödəniş terminalları vasitəsilə, eləcədə, www.bankofbaku.com; www.e-pul.az; www.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.

Qeyd edək ki, 19 mart - 22 mart (saat 17:00-dək) tarixlərində edilmiş bütün ödənişlər bankın əməliyyat proqramında 22 mart 2016-cı il tarixində, 23 mart - 27 mart tarixlərində edilmiş bütün ödənişlər isə bankın əməliyyat proqramında 28 mart 2016-cı il tarixində əks olunacaq.

"Bank of Baku"nun filial və ödəniş terminalları şəbəkəsi haqqında ətraflı məlumatla Bankın http://www.bankofbaku.com/ rəsmi internet ünvanından tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com, www.facebook.com/bankofbaku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR