MTRŞ: ANS məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb

MTRŞ: ANS məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb
# 26 yanvar 2016 08:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “ANS televiziyası 2015-ci ildə 40 dəfə inzibati xətalara dair işlər üzrə inzibati məsuliyyətə, iki dəfə isə inzibatı icraat üzrə məsuliyyətə cəlb olunub”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədli deyib.

Onun sözlərinə görə, birinci instansiya məhkəməsi 14 qərar üzrə MTRŞ-nın xeyrinə qərar qəbul edib: “26 qərara isə birinci instansiya məhkəməsində baxılır. Apellyasiya məhkəməsində iki inzibati icraat üzrə verilmiş qərarlarla da bağlı Şuranın xeyrinə qərar çıxarılıb”.

T. Məmmədli qeyd edib ki, ANS telekanalı məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR