ABŞ Rusiyaya qarşı sanksiya siyahısına daha 17 nəfəri əlavə edib

ABŞ Rusiyaya qarşı sanksiya siyahısına daha 17 nəfəri əlavə edib
# 01 sentyabr 2016 20:17 (UTC +04:00)

Bakı-APA. Vaşinqton Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiya siyahısına 17 şəxsi əlavə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, siyahıya Krım hökumətinin 8 naziri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin Krım üzrə idarələrin rəhbərləri daxil edilib

Siyahıya həmçinin Donetsk və Luqansk separatçı “respublikaları”nın rəhbər şəxsləri və rusiyalı diplomat Georgi Muradov daxil edilib.

Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Qazprom” holdinqinin bir neçə törəmə şirkətinə qarşı sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR