AMEA-nın iki institutu birləşdirilib, Akademiya şəhərciyinin müdiri dəyişib

AMEA-nın iki institutu birləşdirilib, Akademiya şəhərciyinin müdiri dəyişib
# 04 fevral 2016 15:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutun birləşdirilməsi məsələsi müzakirə edilib.

APA-nın məlumatına görə, AMEA Rəyasət Heyəti bu institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.

İclasın sonunda kadr məsələsinə baxılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Nazim Sadıqov AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə Bayram Babayev AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR