ABŞ vətəndaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb

ABŞ vətəndaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb
# 01 oktyabr 2016 02:11 (UTC +04:00)

Bakı-APA. 2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata görə, ötən gün Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsini təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək olub. Bu, 11 sentyabr faciəsi ilə bağlı ABŞ vətəndaşı tərəfindən Səudiyyə Ərəbistanına qarşı qaldırılan ilk iddiadır.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR