UNİCEF Efiopiya təşkilatının rəhbərliyi “Azərsun Holdinq”də olublar

 UNİCEF Efiopiya təşkilatının rəhbərliyi “Azərsun Holdinq”də olublar
# 22 oktyabr 2015 14:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yüksək keyfiyyətli yodlaşdırılmış duz istehsalçısı “Azərsun Holdinq”ə məxsus Masazır duz zavodunun fəaliyyəti beynəlxalq arenada uğurlu nümunə kimi təqdim edilməkdədir.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, qısa müddət ərzində yodsuz duzun istifadəsi probleminin köklü həllinə nail olması, eyni zamanda göllərdən duz hasil edən tədarükçülər ilə işbirliyi modeli beynəlxalq ekspert və təşkilatlar tərəfindən öyrənilməkdədir.

Bu dəfə duzun universal yodlaşdırılması sahəsində “Azərsun Holdinq” təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edən UNİCEF Efiopiya təşkilatının rəhbərliyi və müvafiq dövlət və özəl sektor nümayəndələrindən ibarət heyət “Azərsun Holdinq”də qonaq olublar. “Azərduz” və digər markaların istehsal olunduğu zavod ilə əyani tanış olan qonaqlar, həmçinin düz hasil edən Masazır kənd sakinləri ilə də görüşüblər.

Mövcud modeli yüksək qiymətləndirən qonaqlar qazanılan təcrübəni Efiopiyada həyata keçirilən Duzun Universal Yodlaşdırılması Proqramının daha müvəffəqiyyətlə həyata keçirilməsi üçün istifadə olunacağını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR