Allahşükür Paşazadə Avrasiya İqtisadi Zirvə toplantısına gedir

Allahşükür Paşazadə Avrasiya İqtisadi Zirvə toplantısına gedir
# 04 aprel 2016 15:52 (UTC +04:00)

QMİ-dən APA-ya verilən məlumata görə, səfər “Mərmərə” qrupu strateji və sosial araşdırmalar Vəqfinin baş direktoru Akkan Süverin dəvəti ilə həyata keçirilir.

QMİ sədri tədbirdə məruzə ilə çıxış edəcək. Səfərdə QMİ sədrini Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr, Roma Katolik kilsəsinin Bakıdakı ordinatoru Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri icmasının başçısı Melix Yevdayev müşayiət edəcəklər. Səfər müddətində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rum Patriarxı Varfolomeylə, yerli Ravvin İzak Haleva və yerli katolik icmasının monsinyoru ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR