Ərəb Liqasının sabiq baş katibi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinə üzv seçilib

Ərəb Liqasının sabiq baş katibi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinə üzv seçilib
# 23 may 2016 14:28 (UTC +04:00)

Bakı-APA. Ərəb Liqasının sabiq baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinə üzv seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini və özünün orada iştirakını yüksək dəyərləndirən Əmr Musanın sözlərinə görə ki, dünyada bir sıra qlobal problemlərin yaşandığı indiki dövrdə daim tolerantlığı, dialoqu və anlaşmanı təbliğ edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu İdarə Heyətinə qoşulmaq şərəfdir.

Qeyd edək ki, Əmr Musa ərəb dünyasının siyasi həyatında fəaliyyət göstərən ən nüfuzlu simalardan biri sayılır. O, Misir Ərəb Respublikasının BMT, Hindistan və İsveçrədəki səfiri olub, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri vəzifələrində çalışıb, Livan vətəndaş müharibəsinin dayandırılmasında önəmli rol oynayıb. 2001-2011-ci illərdə isə Ərəb Liqasına rəhbərlik edən Əmr Musa Misir Prezidentliyinə namizəd olub, 2013-cü ildə Misirin yeni konstitusiyasının yazan 50 nəfərlik komitəyə rəhbərlik edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR