Kvirikaşvili: “Rusiya ilə diplomatik münasibətlərin bərpası üçün Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir”

Kvirikaşvili: “Rusiya ilə diplomatik münasibətlərin bərpası üçün Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir”
# 26 yanvar 2016 15:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya ilə dialoq labüddür, lakin diplomatik münasibətlərin bərpası üçün Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir”.

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edib.

“Diplomatik münasibətlərin qurulması üçün ilkin şərt Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsidir. İstənilən halda dialoq vacibdir və bizim dialoq üçün kanallarımız mövcuddur”, - deyə G. Kvirikaşvili qeyd edib.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Gürcüstanla normal, mehriban qonşuluq siyasətinin yürüdülməsinin tərəfdarı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR