Medvedev Sarkisyanı Qarabağ münaqişəsinə dair Rusiyanın təkliflərini müzakirə etməyə çağırıb

Medvedev Sarkisyanı Qarabağ münaqişəsinə dair Rusiyanın təkliflərini müzakirə etməyə çağırıb
# 07 aprel 2016 23:47 (UTC +04:00)

Bakı - APA. Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanı ən yaxın zamanda qəbul oluna biləcək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini müzakirə etməyə çağırıb.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Medvedev İrəvanda Sarkisyanla görüşü zamanı deyib.

O, bir daha Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqlarından başqa alternativin olmadığını qeyd edib.

“Mənim hazırkı səfərim həm də bununla bağlıdır. Sizinlə ən yaxın zamanda həyata keçirilməsi mümkün ola bilən bəzi məsələləri müzakirə etmək istərdim”, - deyə baş nazir bildirib.

“Hesab edirik ki, informasiyanı birinci əldən almaq, baş verənləri anlamaq və Ermənistanın bir tərəfdaşı, müttəfiqi, həmçinin, Minsk Qrupunun iştirakçısı olaraq, bizdən asılı olan hər şeyi etmək borcumuzdur”, - deyə Medvedev Sarkisyana bildirib.

Medvedevin sözlərinə görə, Rusiya tərəfi sülhün qorunub saxlanılmasının və tərəflərin danışıqlar masasına qayıtmasının hazırda ən vacib məsələlər olduğunu hesab edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR