Davudoğlu: "İşğal altındakı ərazilərin tezliklə azad olunması üçün Azərbaycana dəstəyimiz davam edəcək"

Davudoğlu: "İşğal altındakı ərazilərin tezliklə azad olunması üçün Azərbaycana dəstəyimiz davam edəcək"
# 19 aprel 2016 13:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova, Fuad Qulubəyli - APA. “Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlikdə çoxlu sayda itkinin olması artıq status-kvonun davam edə bilməyəcəyini göstərir”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın atəşkəsi pozmasının təsirlərinin Naxçıvan Muxtar Respublikasına da yayılması narahatlıq üçün səbəbdir: “Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri silahlı təxribatları və atəşkəs pozuntularını dayandırması üçün Ermənistana xəbərdarlıq etməlidir. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin sülh yolu ilə həlli səylərinə dəstək verir. Azərbaycanın işğal altındakı ərazilərinin tez bir zamanda azad olunması ilə bağlı Azərbaycana dəstəyimiz də davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR