Vəkil müstəntiqdən məhkəməyə şikayət edib

 Vəkil müstəntiqdən məhkəməyə şikayət edib
# 06 oktyabr 2016 15:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda vəkil müstəntiqdən məhkəməyə şikayət edib.

Vəkil Elmar Süleymanov APA-ya açıqlamasında deyib ki, müdafiə etdiyi şəxslə görüşə icazə vermədiyinə görə, Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Malik Bahadurov haqqında şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edib: “Hüquqlarını müdafiə etdiyim, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilən Xalıqov Həbib İlham oğlu ilə görüşmək üçün oktaybrın 3-də müraciət etmişəm. Lakin bizim görüşümüzə icazə verilmədi. Müstəntiq bildirdi ki, istintaqı yekunlaşdıraraq işi məhkəməyə göndərib. Müdafiə etdiyim şəxs saxlanıldığı 3 saylı istintaq təcridxanasının rəhbərliyinə müraciət edərək mənim xidmətimdən istifadə etmək istədiyini bildirib. Mən də Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək müstəntiqin hərəkətlərinin qanunsuz hesab edilməsi, müdafiə etdiyim şəxsin hüquqlarının bərpa olunmasını istəmişəm. Ərizəmə yaxın günlərdə baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR