Rusiya Azərbaycana BMP-3 satışını 2016-cı ildə yekunlaşdıracaq

Rusiya Azərbaycana BMP-3 satışını 2016-cı ildə yekunlaşdıracaq
# 26 dekabr 2015 09:39 (UTC +04:00)

Bakı – APA. Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu “Traktornıye zavodı” konserninin nümayəndəsi deyib. O bildirib ki, Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.

Müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə tam həyata keçiriləcəyi planlaşdırılır. “BMP-3”dən başqa, Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR