Rüfət Quliyev “Bosco Conference”in açılışını edib - FOTO

Rüfət Quliyev “Bosco Conference”in açılışını edib - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 09:22 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Rüfət Quliyev “Bosco Conference”in hər il keçirilən beynəlxalq konfransının Bakıda açılışını edib.

APA-nın xəbərinə görə, Konfransı açan Rüfət Quliyev “Dünya iqtisadi böhranı şəraitində Azərbaycanın iqtisadi inkişafının xüsusiyyətləri” mövzusunda məruzə edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Konfransda 157 nümayəndə iştirak edib.

Qeyd olunub ki, məşhur şirkət 2005-ci ildə vergi tutmalar, beynəlxalq maliyyə xidmətləri sahəsində görkəmli mütəxəssislər tərəfindən yaradılıb.

Şirkətin əsas məqsədi müxtəlif ölkələrdə vergi tutmalar, şirkətlərin qeydiyyatı və onlara xidməti, leqal korporativ sxemlərin qurulması, xarici banklarla iş, beynəlxalq maliyyələşmənin cəlb edilməsi barəsində müştərilərə tam və obyektiv məlumatların verilməsidir.

Şirkət belə illik beynəlxalq konfransları Avropa və Asiya ölkələrində hər il keçirir. Bu tədbirlərdə əsas məruzəçilər adətən hüquqi, auditor, konstaltinq şirkətlərinin və bankların rəhbərləri olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR