Bilik Fondu bir qrup alim və müəllimin Qəbələ rayonuna səfərini təşkil edib - FOTO

Bilik Fondu bir qrup alim və müəllimin Qəbələ rayonuna səfərini təşkil edib - <span style="color: red;">FOTO
# 10 noyabr 2015 14:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycan tarixinin səhifələrindən olan alban kilsələri haqda əyani məlumat vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində, noyabrın 7-də bir qrup alim və professor-müəllim heyətinin Qəbələ rayonuna səfərini təşkil edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələdə, rayon Mədəniyyət Mərkəzinin qarşısında AMEA və ali məktəblərimizdə çalışan tarixçi, etnoqraf, arxeoloq alimlər, tələbə könüllülər, “kultura+”in çəkiliş qrupu yerli ictimaiyyətin nümayəndələri tərəfindən qarşılanıb.

Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Abil Ağasəfov qonaqları salamlayıb. Bölgə sakinlərinin, Azərbaycan tarixinin erkən orta əsrlər dövr tarixinin araşdırılmış problemlərinin, maarifləndirilməsi məqsədi ilə Qəbələ ekskursiyasının qrupu ilə Mərkəzdə “dəyirmi masa” keçirilib. Rayonun tanınmış ziyalılarının iştirakı ilə keçən bu görüşü rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova və respublikanın tanınmış arxeoloq alimi Mübariz Xəlilov aparıblar.

Görüş zamanı Bilik Fondunun ölkə daxili layihələr sektorunun müdiri Hacı Abdulla, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin son bir ildə “Qafqaz Albaniyasının İntibahı” layihəsi istiqamətində görülmüş geniş miqyaslı işlərindən və bu məsələnin öyrənilməsinin elmi-tarixi, siyasi, mənəvi əhəmiyyətindən danışıblar.

Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova diqqətə çatdırıb ki, hazırda Qəbələdə, Azərbaycan prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi altında Qafqazda ən böyük və zəngin açıq səma altında Azərbaycan tarixi muzeyi inşa edilir və Milli Elmlər Akademiyasının tanınmış alimlərindən, Koreyalı mütəxəssislərdən bir qrup burada çalışır.

Ekskursiya Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində davam edib. Daha sonra ekskursiya qrupu sonra Qəbələ rayonunun Nic qəsəbəsindəki Cotari alban-udi kilsəsinə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR