DİN-in “Səyyar xidmət”i 300-dən çox vətəndaşa şəxsiyyət vəsiqəsi verib

DİN-in “Səyyar xidmət”i 300-dən çox vətəndaşa şəxsiyyət vəsiqəsi verib
# 03 mart 2016 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin (DİN) “Səyyar xidmət”i 300-dən çox vətəndaşa şəxsiyyət vəsiqəsi verib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər davam etdirilir.

Növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda baş tutub.

Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər orta məktəbində keçirilmiş səyyar xidmət zamanı 61 şagirdə, Qaradağın Qızıldaş qəsəbəsində isə ümumilikdə 254 nəfərə yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.

Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR