Hüseyn Bağırov: “Meşələrin azalma tendensiyası dayandırılıb” - FOTO

Hüseyn Bağırov: “Meşələrin azalma tendensiyası dayandırılıb” - <span style="color: red;">FOTO
# 21 noyabr 2015 08:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 15-20-ci kilometrliyində iməclik təşkil edilib.

APA-nın məlumatına görə, aksiyada 5000 ədəd Eldar şamı, sərv, tut, akasiya, zeytun ağacları əkilib, abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Nazir Hüseyn Bağırov bildirib ki, 2008-ci ildən bu günə qədər sözügedən magistral avtomobil yolunun ətrafında 859 hektar ərazidə 894 187 ədəd müxtəlif cins ağac və kol bitkisi əkilib: "Son illər ərzində arid və aşağı keyfiyyətli torpaqları səciyyələnən ərazilərdə iri yaşıllaşdırma layihələri həyata keçirilib. Bakı və Abşeron yarımadasında 3629 hektar ərazidə 4,7 milyondan çox ağac əkilib, yaşıllıqlar müasir suvarma sistemləri ilə təmin olunub. 1 milyon 200 mindən artıq məhsuldar və davamlı zeytun ağacları əkilib. Yeni əkilmiş zeytun ağaclarının hesabına indi Azərbaycandakı zeytun sahələri tarixən salınmış zeytun bağlarından 3 dəfə çoxdur".

Nazir qeyd edib ki, görülən işlər sayəsində meşələrin azalma tendensiyası dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR