Şoyqu: "Rusiya və İran regional məsələlərdə əməkdaşlığı əlaqələndirməyə hazırdırlar"

Şoyqu: "Rusiya və İran regional məsələlərdə əməkdaşlığı əlaqələndirməyə hazırdırlar"
# 16 fevral 2016 22:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya və İran müdafiə nazirləri arasında görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında səfərdə olan İran müdafiə naziri Hüseyn Dehqanla rusiyalı həmkarı Sergey Şoyqu arasında görüş keçirilib.

Görüşdə 2015-ci ildə imzalanan hərbi əməkdaşlıq sahəsində hökumətlərarası müqavilənin həyata keçirilməsi müzakirə olunub. Tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyətin inkişafını yüksək qiymətləndiriblər. Bundan başqa Yaxın Şərq və Mərkəzi Asiya regionunda aktual təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

S. Şoyqu Rusiya və İranın qlobal və regional məsələlərdə əməkdaşlığı əlaqələndirməyə hazır olduqlarını söyləyib: "Biz ABŞ və Avropa Birliyi tərəfindən ölkənizə qarşı məhdudlaşdırıcı tədbirlərin ləğv olunmasını alqışlayırıq. Hadisələrin belə inkişafı Yaxın Şərq regionunda böhranın artması şəraitində daha aktualdır. Əminəm ki, bizim görüşümüz Rusiya və İran silahlı qüvvələri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yardım edəcək. Hesab edirik ki, ikitərəfli qarşılıqlı fəaliyyət layihələrinin praktiki həyata keçirilməsi Rusiya və İranın beynəlxalq terrorçuluğa qarşı gördüyü tədbirlərin səmərəliyindən asılıdır. Regionda ölkələrimizə ümumi təhlükə mövcuddur, hansı ki, bu təhlükəyə ancaq birlikdə qarşı gəlmək olar".

Qeyd edək ki, İranın müdafiə nazirini Rusiya prezidenti Vladimir Putin də qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR