Tərtər və Horadizdə partlamamış hərbi sursat aşkar edilib

Tərtər və Horadizdə partlamamış hərbi sursat aşkar edilib
# 18 iyun 2016 15:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda iki rayonda partlamamış hərbi sursat aşkar edilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndində isə 1 ev və həyətyanı sahəyə, bir partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə rayon ərazisində 1 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 7 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, 17 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonun Zəngişalı kəndində isə 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 4 000 kv. m ərazi yoxlanılıb. Qaradağlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb. Mahrızlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb. 3 əkin sahəsi, 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 12 000 kv. m ərazi təmizlənib.

Horadiz şəhərində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 870 kv. m ərazi yoxlanılıb. Cəmi 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 870 kv. m ərazi yoxlanılıb. 18 iyun tarixində Horadizdə 1 ev və həyətyanı sahə, 8 əkin sahəsi, 14 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 31 870 kv. m ərazi təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR