İsrailli jurnalistlərin Azərbaycana səfərinin yekunları ilə bağlı tədbir keçirilib

İsrailli jurnalistlərin Azərbaycana səfərinin yekunları ilə bağlı tədbir keçirilib
# 08 aprel 2016 13:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda israilli jurnalistlərin Azərbaycana səfərinin yekunları ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsrail Azərbayanlıları Konqresinin sədri, xoşməramlı səfir, doktor Aleksander Şapiro-Suliman, "Azİz" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrail Jurnalistlər, dövri mətbuat birliyinin sədri İosef Frenkel və KİV nümayəndələri iştirak ediblər.

İ. Ağayev Beynəlxalq Diaspora Mərkəzi və “Azİz” Beynəlxalq Assosiasiyasının birgə təşkil etdiyi səfərin əhəmiyyətindən, səfər çərçivəsində keçirilən görüşlərin vacibliyindən danışıb.

Şapiro-Suliman isə səfər çərçivəsində keçirilən görüşlərdən bəhs edərək israilli jurnalistlərin İsrailin Azərbaycandakı səfirliyində görüş keçirdiklərini, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşdüklərini, habelə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qarabağda gedən döyüşlər haqqında informasiyalar aldıqlarını və həmin məlumatları dərhal İsrailə ötürdüklərini bildirib. O, israilli jurnalistlərin Quba Memorial Kompleksində olduqlarını və Quba rayon icra başçısı ilə görüşdüyünü də əlavə edib.

A. Şapiro-Suliman israilli media nümayəndələrinin baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdüyünü də bildirib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı geniş diskussiya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR