YAP yaranmasının 23 illiyi münasibətilə tədbir keçirilib - FOTO

YAP yaranmasının 23 illiyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 21 noyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illiyi münasibəti ilə partiyanın Suraxanı rayon təşkilatının qərargahında tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdən əvvəl partiyanın rəhbərliyi, o cümlədən rəhbər heyətdə təmsil olunan dövlət və hökumət üzvləri Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.

Tədbirdə çıxış edən YAP-ın sədr müavini - İcra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın yaranma tarixinə ekskurs edib, partiyanın yaranması ilə xalqın ümummilli lider Heydər Əliyevin ətrafında daha da sıx birləşdiyini vurğulayıb.

Ə. Əhmədov deyib ki, YAP-ın adındakı yeniləşmə ideyası yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur.

O, Azərbaycan hazırda regionun lider dövləti olduğunu qeyd edib: “Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqelərini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir, bölgənin lideri statusunu daşıyır. İnanıram ki, Azərbaycan bu statusu heç zaman əlindən verməyəcək.

Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc dövlətin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişiklər, ölkənin inkişafı davamlı olacaq”.

Ə. Əhmədov deyib ki, Azərbaycanın əsas gəlirini təmin edən neftin qiymətinin ciddi şəkildə düşməsinə baxmayaraq, sosial layihələrdə azalma yoxdur və bu, Azərbaycan iqtisadiyyatının möhkəmliyindən xəbər verir.

Daha sonra partiyanın gənc üzvləri çıxış ediblər.

Sonda gənclərə diplomlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR