BMT Baş Assambleyasında irimiqyaslı miqrasiya probleminə dair sammit keçiriləcək

BMT Baş Assambleyasında irimiqyaslı miqrasiya probleminə dair sammit keçiriləcək
# 23 dekabr 2015 01:28 (UTC +04:00)

Bakı-APA. BMT Baş Assambleyasında sentyabrın 19-da irimiqyaslı miqrasiya probleminə dair sammit keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar ötən gün axşam saatlarında verilib.

Məlumata görə, sammitin keçirilməsinə dair qətnamə səsvermə keçirilmədən BMT Baş Assambleyasının bütün üzvləri tərəfindən dəstəklənib.

Sənədin layihəsi BMT Baş Assambleyasının sədri Moqens Lükketoft tərəfindən təqdim edilib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib ki, prezident Barak Obama BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində miqrantlarla bağlı qlobal böhrana dair sammit keçirmək niyyətindədir. Beləliklə, Obama qeyd olunan toplantıda sədr qismində çıxış edə bilər.

Beynəlxalq Miqrasiya Təşkilatının ötən gün açıqladığı statistikaya əsasən, 2015-ci ildə Avropaya 1 mln. 6,5 min qaçqın gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR