Mərkəzi Bank: TANAP-dakı payımızı beynəlxalq maliyyə bazarları vasitəsilə maliyyələşdirməliyk

Mərkəzi Bank: TANAP-dakı payımızı beynəlxalq maliyyə bazarları vasitəsilə maliyyələşdirməliyk
# 21 dekabr 2015 19:42 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Trans-Anadolu Qaz Boru Xəttindəki (TANAP) payını beynəlxalq maliyyə bazarları vasitəsilə həyata keçirməlidir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.

"TANAP-ın maliyyələşdirilməsinə gəlincə, yəqin ki, biz beynəlxalq maliyyə bazarları vasitəsilə bu layihədə olan payımızı maliyyələşdirməyə keçməliyik ki, valyuta balansımız üçün əhəmiyyətli gərginlik yaranmasın", - deyə E. Rüstəmov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR