“Space” radiosunun yayımı axşam saatlarında bərpa olunacaq

“Space” radiosunun yayımı axşam saatlarında bərpa olunacaq
# 29 sentyabr 2016 12:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.

Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR