DGK-nin Kinoloji Mərkəzi beynəlxalq yarışda bürünc medala layiq görülüb

DGK-nin Kinoloji Mərkəzi beynəlxalq yarışda bürünc medala layiq görülüb
# 20 sentyabr 2016 08:51 (UTC +04:00)

Bakı - APA-Economics. Müstəqil Dövlətlər Birliyi (MDB) gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə VI yarışları keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunmuş yarışlarda DGK-nin Kinoloji Mərkəzi də uğurla iştirak edib.

Kinoloji Mərkəz bu yarışlarda narkotik vasitələrin minik maşınlarında axtarışı üzrə mərhələdə 1-ci və 3-cü yerlərə, narkotik vasitələrin əl yüklərində axtarışı üzrə mərhələdə 3-cü yerə layiq görülüb.

Ümumi komanda hesabında isə Kinoloji Mərkəz bürünc medala layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR