Azərbaycan cüdoçuları Avropa kubokunda üç bürünc medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda üç bürünc medal qazanıb
# 05 iyun 2016 18:12 (UTC +04:00)

Bakı-APA. İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışın sonuncu günü aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov bürünc medala sahib olub.

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliev isə turniri 7-ci yerdə tamamlayıb.

Bununla da, Azərbaycan milli komandası Avropa Kubokunda 3 bürünc medal qazanaraq çıxışını başa vurub.

Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötəbər turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunurdu və yarışın ilk günündə millimizə iki bürünc medalı Elbrus Zamanov (60 kq) və Telman Vəliyev (73 kq) qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR