Balakəndə keçmiş məhkumdan silah və narkotik götürülüb

Balakəndə keçmiş məhkumdan silah və narkotik götürülüb
# 15 sentyabr 2016 09:29 (UTC +04:00)

Balakən. Vüqar Heydərov – APA. Balakən rayonunda 15 il məhkumuq həyatı yaşayan şəxsdən silah və narkotik götürülüb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qullar kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Nəcməddin oğlu Emçiyev saxlanılıb. Ondan 1 ədəd “AKS” tipli avtomat, 2 ədəd avtomat darağı, 30 ədəd patron və 2 kiloqram marixuana götürülüb.

Məlumata görə, R. Emçiyev əvvəllər adam öldürdüyünə görə 15 il məhkumluq həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR