Türkiyə Superkubokunun qalibi bəlli olub

Türkiyə Superkubokunun qalibi bəlli olub
# 13 avqust 2016 23:25 (UTC +04:00)

Bakı-APA. Türkiyə Superkubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici matçda son çempion "Beşiktaş" ölkə kubokunun qalibi "Qalatasaray"la qarşılaşıb.

Konyada keçirilən oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda ilk sevinən "Qalatasaray" olub. Hakan Balta oyunun 100-cü dəqiqəsində hesabı açıb.

"Qartal"ın cavabı çox gecikməyib. Cəmi 7 dəqiqə sonra Şedcu öz qapısını “dəqiq nişan alıb” – 1:1.

Oyun elə bu hesabla da başa çatıb. Penaltilər seriyasında isə "Qalatasaray"lılar daha dəqiq oynayıblar.

"Cim-bom"un futbolçularının 3 dəqiq zərbəsinə "qartallar" heç nə ilə cavab verə bilməyiblər. Beləliklə, Türkiyə superkubokunun yeni qalibi "Qalatasaray" olub.

Bu, "aslanlar"ın sayca 15-ci superkubokudu.

Türkiyə Superkuboku

“Qalatasaray” – “Beşiktaş” – 1:1 (əlavə vaxtda)

Qollar: Hakan Balta, 100 – Şedcu, 107 (öz qapısına)

Penalti seriyası – 3:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR