Gəncə sakini qardaşın bıçaqlayıb

Gəncə sakini qardaşın bıçaqlayıb
# 21 oktyabr 2015 10:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Anar Paşayev ayaq nahiyəsindən bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən A. Paşayevin vəziyyəti orta-ağır qiymətləndirilir. Onun qardaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR