Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
# 26 fevral 2016 07:59 (UTC +04:00)

Bakı - APA. Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən anım gecəsi təşkil edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, anım gecəsində Yunanıstanın Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

Filmin baxışından sonra, Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər - tarzən Kamal Nuriyev, xanəndə Mirələm Mirələmov və kamança ifaçısı Oqtay Şirinovdan ibarət muğam üçlüyü “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi” kompozisiyaları ifa edib, Laçın haqqında mahnı səsləndirilib.

Yunanıstana səfər çərçivəsində gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün “Milli musiqi alətlərimiz” mövzusunda ustad dərsləri keçib, milli musiqimiz, muğamlarımız haqqında geniş məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR