Azərbaycan dilinin arxaik sözlər lüğəti hazırlanacaq

Azərbaycan dilinin arxaik sözlər lüğəti hazırlanacaq
# 19 yanvar 2016 10:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlünün APA-ya verdiyi məlumata görə, Elmi Şuranın iclasında Azərbaycan dilinin arxaik sözlər lüğətinin hazırlanması haqda qərar qəbul edilib. Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bildirib ki, hazırda əsas məsələ “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əsas istiqamətlərinə yönəldilməlidir: “Bu gün Azərbaycan hökuməti Azərbaycan dilinə xüsusi əhəmiyyət verir. Ölkə rəhbərliyi ana dilinə qayğı göstərir. Biz bu etimadı doğrultmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR