Zaqatalada 35 yaşlı qadın dərmandan zəhərlənib

Zaqatalada 35 yaşlı qadın dərmandan zəhərlənib
# 23 mart 2016 07:06 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala sakini dərmandan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 22-də axşam saat 19 radələrində Zaqatala şəhərinin S. Qazıyeva 44 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Gülnarə Əhmədəfəndi qızı Əmirxanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, iki övlad anası olan 35 yaşlı G. Əmirxanova müxtəlif adda 19 ədəd dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən G. Əmirxanovanın hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR