YAP-ın Kürdəmir rayon təşkilatının inzibati binası istifadəyə verilib

YAP-ın Kürdəmir rayon təşkilatının inzibati binası istifadəyə verilib
# 17 sentyabr 2015 14:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, tikintisinə 2014-cü ilin noyabr ayında başlanılan bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib.

Binada xidməti otaqlarla yanaşı, akt zalı da yerləşir. Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.

Prezident İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısı muzeyin yerləşdiyi Qələbə parkında olub.

Məlumat verilib ki, parkda İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə son vaxtlar tamamilə yenidən qurulub. Parkda fəvvarələr yenilənib, geniş abadlıq və yaşıllıq işləri görülüb. Bir sözlə, park şəhər əhalisinin istirahət yerinə çevrilib.

Dövlət başçısı Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub. Muzeydə aparılan təmir-tikinti işləri çərçivəsində ərazi abadlaşdırılıb, geniş yaşıllıq işləri görülüb, yeni fəvvarə inşa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR