MDB PA müşahidəçiləri Səbaildə səsvermənin başlamasını izləyiblər

MDB PA müşahidəçiləri Səbaildə səsvermənin başlamasını izləyiblər
# 26 sentyabr 2016 06:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. MDB Parlamentlәrarası Assambleyasının müşahidә missiyasının üzvləri Azәrbaycan Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasındakı 29 saylı Sәbail Seçki Dairәsinin 2 saylı seçki mәntәqәsindә referendumun başlamasını müşahidә ediblәr.


APA-nın xəbərinə görә, müşahidә missiyasının rәhbәri İlyas Umaxanov seçki mәntәqәsinin sәsvermә prosesinә hazırlığını müşahidә etdiklərini deyib.

Qeyd edək ki, bu seçki mәntәqәsindәki seçici siyahısında 1304 nәfәrin adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR